YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Bəzi şirkətlər qadınları bu səbəbdən işə götürmür — Açıqlama

Bəzi şirkətlər qadınları bu səbəbdən işə götürmür — Açıqlama

İş yerlərində qadınların hüquqlarının qorunması və onlar üçün qanunla nəzərdə tutulan güzəştlərin təmin edilməsi əmək münasibətlərinin mühüm məsələlərindən biridir.

Bəs Azərbaycanda çalışan qadınların hansı əlavə hüquqları və güzəştləri var, işəgötürən bu tələbləri pozduqda qadınlar hüquqlarını necə müdafiə edə və hara müraciət edə bilərlər?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsində işçilər, o cümlədən əlilliyi olan şəxslər, 18 yaşına çatmamış şəxslər və qadınlar üçün müxtəlif güzəştlər nəzərdə tutulub.

Bəzi şirkətlər qadınları bu səbəbdən işə götürmür — Açıqlama

Onun sözlərinə görə, bu güzəştlərlə bağlı öhdəliklərin böyük hissəsi işəgötürənlərin üzərinə düşür:

"Qadınlar üçün nəzərdə tutulan güzəştlərə baxmayaraq, onlara qarşı gizli ayrı-seçkilik mövcuddur və bu tendensiya artmaqda davam edir. Məsələn, ötən il kişilər üçün uşağın doğulması ilə əlaqədar 14 günlük ödənişli məzuniyyət nəzərdə tutulub. Bütün bunlar işəgötürənlər üçün müəyyən öhdəliklər yaradır. Nəticədə, bəzi işəgötürənlər qadınları işə götürmək istəmir, bəziləri isə onları işə götürsələr də, qanunla nəzərdə tutulan güzəştləri təmin edə bilmirlər və ya bunu etmirlər. Bir çox hallarda bu hüquqlar formal xarakter daşıyır.

Əlbəttə, qanunla nəzərdə tutulan güzəştləri tam təmin edən iş yerləri də var. Qadınların qanunvericilikdə nəzərdə tutulan hüquq və güzəştləri kifayət qədər çoxdur. Bu hüquqlar pozulduqda onlar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. Həmçinin mediasiya prosesindən keçməklə məhkəməyə müraciət etmək mümkündür.

Lakin seksual qısnama hallarında prosedur bir qədər fərqlidir və bu sahədə mexanizmlər kifayət qədər təkmil deyil. Bu istiqamətdə müəyyən təkmilləşdirmələrə ehtiyac var. Məhz buna görə də bu sahədə problemlər mövcuddur və qadınlar bəzən belə hallarla qarşılaşdıqda məcburən səssizcə iş yerlərini tərk etməli olurlar".

Müəllif: Nuray Paşşanlı