YapiKredi Müraciət Forması
Hadisə

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Masallı rayonunda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, tədbirlərlə saxlanılan E.Mirzəyevdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.