YapiKredi Müraciət Forması
Şou-biznes

Fidan Hacıyeva Naxçıvanda gənc musiqiçilərlə görüşdü - FOTOLAR

Fidan Hacıyeva Naxçıvanda gənc musiqiçilərlə görüşdü - FOTOLAR

Azərbaycanın Xalq artisti, görkəmli opera müğənnisi Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində silsilə tədbirləri keçirilib.

22 oktyabrda Fidan Hacıyeva Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində gənclərlə görüşüb. Görüş zamanı musiqi və rəqs bacarıqları inkişaf etdirilən mərkəzdəki gənclərin yaradıcılıq imkanları ilə tanışlıq olub.

Mərkəzin istedadlı benefisiarlarından Xəlilova Rəsmiyyə və Əliyeva Küşvər də Fidan Hacıyevanın diqqətini çəkib. Musiqi terapiyası ilə məşğul olan hər iki gənc festival çərçivəsində keçirilən konsertdə Xalq artisti ilə birlikdə çıxış etmək üçün seçilib.

23 oktyabrda isə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Fidan Hacıyevanın iştirakı ilə yaradıcılıq görüşü və ustad dərsi keçirilib.

Naxçıvan Bəstəkarlar Təşkilatında təşkil olunan görüşdə qurumun sədri, Əməkdar incəsənət xadimi, bəstəkar və pedaqoq Nazim Quliyev Fidan Hacıyevanın yaradıcılıq fəaliyyəti, milli və dünya opera sənətinə verdiyi töhfələr barədə danışıb.

Daha sonra Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva vokal ixtisası üzrə təhsil alan tələbələrin tədris və yaradıcılıq fəaliyyəti barədə məlumat verərək ustad dərsinə start verib.

Ustad dərsində kollecin tələbələri Hüseynli Kamil, Kadir Çetin, Rüstəmova Aylin, İmamverdiyev Hüseyn, Rzayev Abbas, Emil Şirzadov və Naxçıvan Dövlət Universitetinin tələbəsi Ülvi Məmmədov müxtəlif əsərlər ifa ediblər. Proqramda Azərbaycan və xarici bəstəkarların əsərləri, romanslar və opera ariyaları səsləndirilib.

Fidan Hacıyeva tələbələrin ifalarını dinləyərək onların səs imkanları, ifa üslubu və musiqi duyumu ilə bağlı fərdi tövsiyələr verib. Ustad dərsində italyan mətnlərində söz vurğularının düzgün tətbiqi, notlara dəqiq yanaşma, səs diapazonundan düzgün istifadə, diafraqmatik nəfəs, rezonatorlardan səmərəli yararlanma, səsin yumşaqlığının və təbii tembrin qorunması kimi məsələlərə diqqət yetirilib.

Xalq artisti tələbələrin səs tembrində və ifa xüsusiyyətlərində Üzeyir Hacıbəylinin "Koroğlu" operasının ayrı-ayrı obrazları üçün perspektiv gördüyünü bildirib. O, həmçinin Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının musiqi nömrələrinin tələbələr tərəfindən öyrənilməsini və gələcəkdə birgə yaradıcılıq layihəsinin həyata keçirilməsini təklif edib.

Ustad dərsində iştirak edən tələbələrə Fidan Hacıyeva tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.

Görüşün sonunda Fidan Hacıyeva bəstəkar Nazim Quliyevin müəllifi olduğu "Dağlar küsüb" romansını ifa edib. Nazim Quliyev isə "Mahnılar, ariyalar və romanslar" kitabını Xalq artistinə hədiyyə edib.

Tədbirlər çərçivəsində Naxçıvan şəhərində, Heydər Əliyev Sarayında Fidan Hacıyevanın solo konsert proqramı da təqdim olunub.

"Şərqin qapısında" III Beynəlxalq Opera Festivalı çərçivəsində keçirilən konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya opera sənətinin məşhur nümunələri səsləndirilib. Proqramda Naxçıvan Dövlət Filarmoniyasının solistləri, musiqi kollektivləri və gənc ifaçılar da iştirak ediblər.

Konsert Üzeyir Hacıbəylinin "Sevgili canan" əsərinin Fidan Hacıyevanın ifasında səsləndirilməsi ilə başlayıb. Əsəri Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri müşayiət edib.

Proqram Müslüm Maqomayevin "Azərbaycan" əsərinin solistlər və xor kollektivinin birgə ifası ilə yekunlaşıb.

Konsertin sonunda Fidan Hacıyeva tədbirdə çıxış edən solistlərə peşəkar ifalarına görə öz adından beynəlxalq sertifikatlar təqdim edib.

Festival çərçivəsində keçirilən tədbirlər Naxçıvanda opera və klassik musiqinin təbliği, gənc ifaçıların yaradıcılıq imkanlarının genişləndirilməsi və milli bəstəkar irsinin yaşadılması baxımından əhəmiyyətli mədəniyyət hadisəsi kimi qiymətləndirilib.

1 / 18