YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Mədə xorasından qoruyan qidalanma amili - Risk 24 faiz azalır

Mədə xorasından qoruyan qidalanma amili - Risk 24 faiz azalır

Müxtəlif və balanslı qidalanma yaşlı insanlarda mədə xorasının yaranma riskinin azalması ilə əlaqələndirilib. Çinli alimlərin araşdırmasına görə, meyvə, tərəvəz, bitki və heyvan mənşəli zülallarla zəngin müxtəlif rasion 65 yaşdan yuxarı şəxslərdə xəstəliyin inkişaf ehtimalını 24 faiz azalda bilər.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Tədqiqatçılar 2008-2018-ci illər arasında 13 274 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçıların araşdırmanın əvvəlində mədə xorası olmayıb. Alimlər onların qidalanmasını meyvə, tərəvəz, ət, balıq, yumurta, paxlalılar, qoz-fındıq, süd məhsulları və çay olmaqla doqquz qida qrupu üzrə qiymətləndiriblər.

Nəticələr göstərib ki, qida rasionu nə qədər müxtəlifdirsə, mədə xorası riski də bir o qədər aşağı olur. Müxtəliflik göstəricisində hər əlavə bal xəstəliyin yaranma ehtimalının təxminən **5,6 faiz azalması** ilə əlaqələndirilib.

Alimlər yaş, həyat tərzi və ümumi sağlamlıq vəziyyəti kimi digər amilləri nəzərə aldıqdan sonra da bu əlaqənin qorunduğunu müəyyən ediblər. Bununla belə, qidalanma müxtəlifliyi ilə mədə xorası arasındakı əlaqə əsasən müşahidənin ilk illərində daha güclü olub.

Araşdırmanın sonrakı mərhələsində isə bu əlaqə statistik baxımdan təsdiqlənməyib. Tədqiqat müəllifləri bunun qidalanmanın qoruyucu təsirinin müəyyən müddətdən sonra aradan qalxdığı anlamına gəlmədiyini vurğulayıblar.

Mütəxəssislər bildirirlər ki, araşdırma qidalanmanın müxtəlifliyi ilə mədə xorasının daha aşağı riski arasında **statistik əlaqə** müəyyən edib. Lakin nəticələr müxtəlif qidalanmanın birbaşa xəstəliyin qarşısını aldığını sübut etmir.

Jalə