"Qala Həyat" Sığorta Şirkəti ASC ilə Azərbaycan Deflimpiya Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb.
Əməkdaşlığın əsas məqsədi inklüziv cəmiyyətin inkişafına dəstək olmaq, deflimpiyaçıların imkanlarını genişləndirmək və idman sahəsində yeni fürsətlərin yaradılmasına töhfə verməkdir.
Bu barədə "Qala Həyat" Sığorta Şirkətinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, tərəfdaşlığın əsasında sağlam gələcək və sosial məsuliyyət prinsipləri dayanır.
Tərəflər əməkdaşlıq çərçivəsində daha güclü, sağlam və inklüziv cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyirlər.


