YapiKredi Müraciət Forması
Hadisə

Şairənin həyat yoldaşı faciəvi şəkildə öldü - FOTO

Şairənin həyat yoldaşı faciəvi şəkildə öldü - FOTO

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub.

Demorat.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Qəsəbə ərazisində iki avtomobil toqquşub. Onlardan biri yoldan çıxaraq səki ilə gedən 1958-ci il təvəllüdlü İbrahimov Ələddin İbiş oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerdinə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.İbrahimov əslən Laçın rayonunun Quşçu kəndindəndir. O, şairə Fəridə Köçərilinin həyat yoldaşıdır.

Şairənin həyat yoldaşı faciəvi şəkildə öldü - FOTO