Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib.
Demokrat.az xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində dünyasını dəyişib.
Mərhum bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq.


