YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Mayk Tayson "Tuzlu Kahve"yə çəkiləcək - FOTOLAR

Mayk Tayson Tuzlu Kahveyə çəkiləcək - FOTOLAR

Türkiyənin "Star TV" kanalında yayımlanan "Tuzlu Kahve" serialının növbəti qonağının dünya şöhrətli boksçu Mayk Tayson olacağı bildirilir. İddialara görə, amerikalı idmançı ekran işində baş rollardan birinin ABŞ-dan gələn dostunu canlandıracaq.

Demokrat.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.

Polat Yağcının prodüseri olduğu serial sentyabrın 1-də yayıma başlayıb. Mustafa Kotanın rejissorluq etdiyi ekran işində Buğra Gülsoy və Eda Ece iki ailə arasındakı qarşıdurma fonunda inkişaf edən Mehmet və Derinin sevgi hekayəsini canlandırırlar.

Serial əvvəlki layihələrdən tanınan aktyorları bir araya gətirməsi ilə də diqqət çəkib. "Doktorlar" serialının ulduzları Kutsi və Yasemin Ergene 18 ildən sonra yenidən eyni səhnədə görüşüblər. "Kavak Yelleri"nin aktyorları Pelin Karahan və Dağhan Külegeç də ekran işində yer alıblar. Türkiyənin pop musiqisinin məşhur ifaçısı Ajda Pekkan isə serialın oktyabrın 13-də yayımlanan yeddinci bölümünə qonaq olub.

Növbəti sürpriz qonağın Mayk Tayson olacağı barədə məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Nə "Star TV", nə də "Poll Films" bu iddia ilə bağlı açıqlama verib. Boksçunun serialın hansı bölümündə görünəcəyi də məlum deyil.

Qeyd edək ki, 1966-cı ildə Nyu-Yorkda anadan olan Mayk Tayson 1986-cı ildə, 20 yaşında ağır çəkidə dünya çempionu olaraq bu titulu qazanan ən gənc boksçu kimi tarixə düşüb. "Dəmir Mayk" ləqəbi ilə tanınan idmançı "Felekten Bir Gece" adı ilə Türkiyədə nümayiş etdirilən The Hangover filmindəki rolu ilə də kino tamaşaçılarının diqqətini çəkib.

Mayk Tayson Tuzlu Kahveyə çəkiləcək - FOTOLAR

Mayk Tayson Tuzlu Kahveyə çəkiləcək - FOTOLAR

Jalə