YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

"Şuşanın tarixi hissəsi artıq beynəlxalq mühafizə altındadır"

Şuşanın tarixi hissəsi artıq beynəlxalq mühafizə altındadır

"Hazırda Şuşada 1980-ci illərin sonlarında, işğaldan əvvəl keçirilən Beynəlxalq Musiqi Festivalı yenidən təşkil olunur. Həmçinin şəhərdə beynəlxalq ədəbiyyat tədbirləri keçirilir. Bu da Şuşanın xarici qonaqlar üçün açıq olmasına və beynəlxalq əlaqələrinin genişlənməsinə şərait yaradır".

Demokrat.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, Şuşa digər ölkələrin şəhərləri ilə qardaşlaşma haqqında sazişlər imzalayır:

"Bu da beynəlxalq münasibətlərin inkişafına töhfə verir. Bu məqamda onu da qeyd etmək istərdim ki, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu olan tarixi hissəsi bu ilin fevral ayında İslam İrsinin siyahısına daxil edilib. Forum çərçivəsində keçiriləcək panellərdən birində bu hadisəni qeyd etməyi planlaşdırırıq. Çünki artıq bu ərazi beynəlxalq mühafizə altındadır və ümumbəşəri dəyərə malik mədəni irs nümunələrindən biri kimi tanınır".

Fidan Hacızadə

Editor
Redaktor