YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Kızılcık Şerbeti"nin Aposu və Alevi yenidən bir arada

Kızılcık Şerbetinin Aposu və Alevi yenidən bir arada

"Kızılcık Şerbeti" serialında Abdullah Ünal (Apo) və Alev Arslan obrazları ilə tanınan Settar Tanrıöğen və Müjde Uzman yenidən eyni layihədə rol alacaqlar.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorlar "Tuzlu Kahve" serialının heyətinə qoşulublar.

Serialda Osman Aydınoğlu obrazını canlandıran Settar Tanrıöğenə yeni bölümlərdə Müjde Uzman da tərəf-müqabil olacaq.

Xatırladaq ki, "Kızılcık Şerbeti"ndə Apo və Alev arasında yaşanan eşq hekayəsi tamaşaçılar arasında geniş müzakirələrə səbəb olmuşdu. Aktyorların yeni layihədə yenidən bir araya gəlməsi serial həvəskarlarının marağına səbəb olub.

Jalə