"Aşk-ı Memnu" serialında Bülent obrazı ilə tanınan Batuhan Karacakaya peşəsini dəyişib. Bir vaxtlar ekranlarda görünən aktyor hazırda memarlıq sahəsində çalışır.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karacakaya serialda rol alanda cəmi 11 yaşında olub. 2008-ci ildə yayımlanmağa başlayan ekran işi 2010-cu ildə başa çatıb.
Aktyor sonrakı illərdə "Survivor" yarışmasının 2021, 2022, 2024 və 2025-ci il mövsümlərində də iştirak edib.
Karacakaya 2020-ci ildə memarlıq fakültəsini bitirib. Hazırda isə atası Birol Karacakayaya məxsus memarlıq şirkətində çalışır.
"Aşk-ı Memnu"nun Bülenti görün indi hansı peşə ilə məşğuldur...
Jalə


