YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl

Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl

Payızın gəlişi ilə havaların soyuması, temperatur dəyişiklikləri və günəşli saatların azalması orqanizmin sağlamlığının qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə düzgün və balanslı qidalanma immun sisteminin normal fəaliyyətini dəstəkləmək, orqanizmin vitamin və mineral ehtiyaclarını qarşılamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs payız aylarında süfrəmizdə hansı qidalara daha çox yer verməli, mövsümi xəstəliklərə qarşı müqaviməti artırmaq üçün hansı məhsulların istehlakını məhdudlaşdırmalıyıq?

Məsələ ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, sağlam qidalanma dedikdə mütləq bahalı və xüsusi məhsullardan istifadə nəzərdə tutulmur:

Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl

"Əsas məsələ gündəlik rasionun balanslı olması, vitamin və minerallarla zəngin qidalara, xüsusilə də meyvə və tərəvəzlərə üstünlük verilməsidir. Bununla yanaşı kolbasa və digər emal olunmuş ət məhsullarının, konservləşdirilmiş qidaların və həddindən artıq emal edilmiş məhsulların istehlakını məhdudlaşdırmaq tövsiyyə olunur. Həddindən artıq qidalanma və hərəkətsiz həyat tərzi də orqanizmin ümumi sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan fiziki aktivliyi artırmaq,açıq havada gəzmək və hərəkətli həyat tərzi keçirmək immunitet sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır".

Professor əlavə edib ki, təəssüf ki, gündəlik həyatda bəzən bu tövsiyyələrin əksinə davranılır:

"İnsanlar daha çox qida qəbul edir, fiziki aktivliyi azaldır və hərəkətsiz həyat tərzinə üstünlük verirlər. Bu vərdişlər ümumi sağlamlığa mənfi təsir göstərməklə yanaşı, orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşmasını da çətinləşdirə bilər. Mövsümi xəstəliklərdən qorunmaq üçün yalnız qidalanmaya deyil, gigiyena qaydalarına da diqqət yetirilməlidir. Xüsusilə qrip və digər respirator infeksiyalara yoluxmuş şəxslərlə yaxın təmasdan mümkün qədər çəkinmək, qapalı və insanların sıx olduğu məkanlarda havalandırmaya diqqət yetirmək vacibdir. Belə yerlərdə maskadan istifadə də yoluxma riskini azaltmağa kömək edə bilər.

Ümumilikdə payız aylarında sağlamlığın qorunması üçün balanslı qidalanma, fiziki aktivlik, gigiyena qaydalarına əməl edilməsi və sağlam həyat tərzinin formalaşdırılması əsas şərtlərdəndir. İmmuniteti gücləndirmək üçün təkcə müəyyən qidalara üstünlük vermək deyil,bu amillərin hamısını birlikdə nəzərə almaq lazımdır".

Dəniz Quliyeva

Editor
Redaktor