Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral 2016-cı ildən bəri tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Saral bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, açıqlamasında vəzifələrin və titulların müvəqqəti olduğunu bildirərək əsas məsələnin insanın hansı dəyərləri müdafiə etməsi olduğunu vurğulayıb.
"Bu gün, 2016-cı ildən bəri böyük şərəf və məsuliyyətlə icra etdiyim Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefamı təqdim etmişəm", – deyə Saral qeyd edib.
O, bu qərarın müdafiə etdiyi dəyərlərdən və xalqa xidmət etmək istəyindən geri çəkilmək anlamına gəlmədiyini bildirib.
Saral əlavə edib ki, bundan sonra da Ərdoğanın yanında olmağa və onunla eyni istiqamətdə fəaliyyət göstərməyə davam edəcək.
"Bizim üçün əsas olan vəzifələr deyil, illərdir eyni istiqamətdə irəlilədiyimiz amalımız və cənab Prezidentlə çiyin-çiyinə apardığımız mübarizədir", – deyə o vurğulayıb.
Jalə


