YapiKredi Müraciət Forması
Kriminal Özəl

Sumqayıtda ata qızını özünə yeni ayaqqabı aldığına görə döydü — Məhkəmə

Sumqayıtda ata qızını özünə yeni ayaqqabı aldığına görə döydü — Məhkəmə

Abşeron rayonunda 50 yaşlı kişi qızına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Aydın onunla birlikdə yaşayan qızı Səidənin (adlar şərtidir – red.) ona növbəti dəfə yeni ayaqqabı alması ilə bağlı irad bildirməsi nəticəsində yaranan ailə-məişət münaqişəsi zəminində mübahisə edib.

O, mübahisə zamanı əsəbiləşərək Səidənin üzərinə hücum edib, hər iki əli ilə qızının əllərindən tutaraq sıxıb, sonra onu kənara itələyərək yerə yıxıb. Nəticədə Səidə xəsarət alıb.

Aydına Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, özünə ayaqqabı aldığına görə həyat yoldaşı ilə qızı arasında ailədaxili münaqişə yaranıb. Onun sözlərinə görə, mübahisə zamanı əsəbiləşərək qızının qolundan tutub sıxıb və onu itələyib. Aydın qızı ilə barışdıqlarını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, Bakı-Abşeron istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və əldə etdiyi gəlirlə ailəsini dolandırır. Onun sözlərinə görə, iş rejimi hər gün səhər saat 05:00-dan axşam saat 21:00-dək davam edir.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Aydına 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə ona elektron nəzarət vasitəsi tətbiq edilməklə, hər gün saat 22:00-dan səhər saat 05:00-dək yaşayış yerini tərk etməsi, həmçinin Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını aşması qadağan edilib.

Bundan başqa, ona elektron nəzarət vasitəsini üzərində gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri həvalə edilib.

Fariz Məlikli

Editor
Redaktor