YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Tanınmış türkiyəli aktyor 35 yaş kiçik sevgilisi ilə evləndi - FOTOLAR

Tanınmış türkiyəli aktyor 35 yaş kiçik sevgilisi ilə evləndi - FOTOLAR

Türkiyəli aktyor Güven Kıraç dörd ildir münasibətdə olduğu Merve Topugil ilə nikah masasına oturub. Cütlüyün sadə mərasimlə ailə qurduğu xəbəri aktyorun qatıldığı teatr tamaşasının premyerasından sonra üzə çıxıb.

Demokrat.az xəbər verir ki, "Vizontele", "Behzat Ç." və "İnci Taneleri" kimi ekran işlərində rol alan 67 yaşlı aktyor şəxsi həyatındakı bu yeniliyi ictimaiyyətə geniş şəkildə açıqlamayıb. Birsen Altuntaşın məlumatına görə, Kıraç və Topugil təmtəraqlı toy əvəzinə yaxınlarının iştirak etdiyi sadə nikah mərasiminə üstünlük veriblər.

Aktyorun evliliyi İstanbulda Baba Sahne teatrında keçirilən "Uçurtmanın Kuyruğu" tamaşasının premyerasında gündəmə gəlib. Məlumata görə, Kıraç ötən iyun ayında Harbiye Açıqhava səhnəsində təşkil olunan Kardeş Türküler konsertində Topugili ətrafındakılara "həyat yoldaşım" kimi təqdim edib. Həmin vaxt diqqət çəkməyən bu ifadə indi cütlüyün nikahı ilə bağlı müzakirələrə səbəb olub.

Cütlüyün münasibəti əvvəldən yaş fərqinə görə də diqqət çəkib. Merve Topugilin aktyordan 35 yaş kiçik olduğu bildirilir.

1 / 3

Jalə