Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.
Demokrat.az xəbər verir ki, Berendsen bu barədə "X" hesabında paylaşım edib.
O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.
"Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir", – Berendsen qeyd edib.


