YapiKredi Müraciət Forması
Avto Özəl

BMW-yə qarğıdalı yağı töküb 3000 km sürdü — VİDEO

BMW-yə qarğıdalı yağı töküb 3000 km sürdü — VİDEO

Polşalı bloqerlərdən biri maraqlı təcrübə həyata keçirib. Üç yüz iyirmi min kilometr yürüşü olan köhnə BMW modelinin mühərrik yağını tamamilə boşaldıb. Onun yerinə adi qarğıdalı yağı töküb.

Hər kəs mühərrikin qısa müddətdə sıradan çıxacağını gözləyirdi. Lakin avtomobil dağ və kənd yollarında beş gün ərzində üç min kilometr yol qət etməyi bacarıb.

Yürüş başa çatdıqdan sonra qarajda karter sökülüb. Mühərrikin val yataqlarının və daxili detallarının gözləniləndən xeyli yaxşı vəziyyətdə qaldığı üzə çıxıb.

Ekspertlər bu dözümlülüyün məhz köhnə E36 mühərrik mexanikası ilə bağlı olduğunu bildirirlər. Müasir avtomobillərdə oxşar sınağın keçirilməsi aqreqatı dərhal sıradan çıxarardı.

Beləliklə, köhnə alman mühərriklərinin mexaniki dözümlülüyü mütəxəssisləri belə təəccübləndirməyi bacarıb.

Editor
Redaktor