YapiKredi Müraciət Forması
Mədəniyyət

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Müğənni Tacir Şahmalıoğlu səhhətində yaşadığı problemdən sonra efirə çıxıb.

Sənətçi "Qonaqcanlı" proqramına qatılıb. İfaçının xeyli çəki atması diqqət çəkib.

T.Şahmalıoğlu bildirib ki, hazırda özünü yaxşı hiss etdiyini, səhhətinin düzəldiyini bildirib:

"İnsanların 80 faizi öd kisəsini kəsdirib. Xəstəliyə heç kim zəmanət vermir. Səhvimə görə bir az gecikdim. Ona görə də çəki itirdim. Əməliyyat olundum və evimə gəldim. Hamı elə bilir arıqlamaq üçün mədə kəsdirmişəm. Mənim şəkərim var: ayaqlarım qaralır, görmə qabiliyyətim itir. Getdim Türkiyəyə, həkim dedi əməliyyatın içində mədəkiçiltmə olmalıdır. Mədəkiçiltmə etdirdim. Gəldim Bakıya və nə gəldi yedim, olmazdı. Ödüm partladı".

Qeyd edək ki, T. Şahmalıoğlu diabetdən əziyyət çəkdiyi üçün arıqlamağa çalışdığını açıqlamışdı. Daha sonra səhhəti pisləşən sənətçi xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

NE
Nihadə Eyyubova