YapiKredi Müraciət Forması
Sosial Özəl

Kirayə ev bazarında qiymətləri dəyişən əsas amil açıqlandı

Kirayə ev bazarında qiymətləri dəyişən əsas amil açıqlandı

Kirayə mənzil bazarında həm ev sahibləri, həm də kirayəçilər üçün müqavilə şərtləri və vergi öhdəlikləri mühüm əhəmiyyət daşıyır. Müqavilə bağlanarkən diqqətdən kənarda qalan məqamlar sonradan tərəflər arasında mübahisələrə səbəb ola bilər.

Bəs kirayə müqaviləsi bağlayarkən hansı şərtlər nəzərə alınmalıdır və vergi öhdəlikləri kirayə qiymətlərinə necə təsir göstərir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a söyləyib ki, mənzil kirayəyə verilərkən ev sahibi və kirayəçi arasında yazılı müqavilənin bağlanması tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, müqavilədə mənzilin ünvanı, kirayə haqqının məbləği, ödəniş qaydası və müddəti, depozit, kommunal xərclər, təmir öhdəlikləri, müqaviləyə xitam verilməsi və mənzilin təhvil-təslim şərtləri dəqiq göstərilməlidir:

"Həmçinin mənzilin mövcud vəziyyətinin aktla qeydə alınması tərəflər arasında mümkün mübahisələrin qarşısını ala bilər. Vergi məsələsi də kirayə münasibətlərində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 10 faiz təşkil edir. Kirayə haqqını ödəyən şəxs vergi uçotunda olmadıqda, ev sahibi və ya onun təyin etdiyi vergi agenti müvafiq vergi uçotu və bəyannamə öhdəliklərini yerinə yetirməlidir. Vergi yükü kirayə qiymətinə birbaşa təsir göstərə bilər. Tərəflər aylıq məbləği müəyyən edərkən verginin ev sahibinin əldə edəcəyi xalis gəlirə təsirini nəzərə almalı, müqavilədə razılaşdırılan məbləğin vergi tutulmazdan əvvəlki, yoxsa sonrakı məbləğ olduğunu aydın göstərməlidirlər. Məsələn, aylıq kirayə haqqı 500 manatdırsa və 10 faiz vergi həmin məbləğdən hesablanırsa, ev sahibinin xalis gəliri 450 manat təşkil edir.

Beləliklə, müqavilənin aydın və yazılı formada tərtib edilməsi, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və ödəniş şərtlərinin əvvəlcədən razılaşdırılması həm ev sahibinin, həm də kirayəçinin hüquqi və maliyyə risklərini azaldır".

Dəniz Quliyeva

Editor
Redaktor