Axtarış nəticələri

«Dəniz Quliyeva» sorğusu üzrə nəticələr

Kirayə ev bazarında qiymətləri dəyişən əsas amil açıqlandı
Sosial

Kirayə ev bazarında qiymətləri dəyişən əsas amil açıqlandı

Kirayə mənzil bazarında həm ev sahibləri, həm də kirayəçilər üçün müqavilə şərtləri və vergi öhdəlikləri mühüm əhəmiyyət daşıyır. Müqavilə bağlanarkən diqqətdən kənarda qalan məqamlar sonradan tərəflər arasında mübahisələrə səbəb ola bilər. Bəs kirayə müqaviləsi bağlayarkən hansı şərtlər nəzərə alınmalıdır və vergi öhdəlikləri kirayə qiymətlərinə necə təsir göstərir? Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a söyləyib ki, mənzil kirayəyə verilərkən ev sahibi və kirayəçi arasında yazılı müqavilənin bağlanması tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müqavilədə mənzilin ünvanı, kirayə haqqının məbləği, ödəniş qaydası və müddəti, depozit, kommunal xərclər, təmir öhdəlikləri, müqaviləyə xitam verilməsi və mənzilin təhvil-təslim şərtləri dəqiq göstərilməlidir: "Həmçinin mənzilin mövcud vəziyyətinin aktla qeydə alınması tərəflər arasında mümkün mübahisələrin qarşısını ala bilər. Vergi məsələsi də kirayə münasibətlərində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 10 faiz təşkil edir. Kirayə haqqını ödəyən şəxs vergi uçotunda olmadıqda, ev sahibi və ya onun təyin etdiyi vergi agenti müvafiq vergi uçotu və bəyannamə öhdəliklərini yerinə yetirməlidir. Vergi yükü kirayə qiymətinə birbaşa təsir göstərə bilər. Tərəflər aylıq məbləği müəyyən edərkən verginin ev sahibinin əldə edəcəyi xalis gəlirə təsirini nəzərə almalı, müqavilədə razılaşdırılan məbləğin vergi tutulmazdan əvvəlki, yoxsa sonrakı məbləğ olduğunu aydın göstərməlidirlər. Məsələn, aylıq kirayə haqqı 500 manatdırsa və 10 faiz vergi həmin məbləğdən hesablanırsa, ev sahibinin xalis gəliri 450 manat təşkil edir. Beləliklə, müqavilənin aydın və yazılı formada tərtib edilməsi, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və ödəniş şərtlərinin əvvəlcədən razılaşdırılması həm ev sahibinin, həm də kirayəçinin hüquqi və maliyyə risklərini azaldır". Dəniz Quliyeva Editor

Bugün 18:30
Müqavilədəki bu bənd sizi gələcəkdə işsiz qoya bilər — Açıqlama
Cəmiyyət

Müqavilədəki bu bənd sizi gələcəkdə işsiz qoya bilər — Açıqlama

Əmək müqaviləsi işçi ilə iş götürən arasında əmək münasibətini tənzimləyən əsas sənəddir. Lakin bəzi işçilər müqaviləni oxumadan imzalayır, digərləri isə şərtlərlə bağlı dəyişiklik tələb etdikdə işə qəbul olmamaq riski ilə uzləşirlər. Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, işə başlamazdan əvvəl müqavilənin bütün müddəaları ilə tanış olmaq və anlaşılmayan məqamları dəqiqləşdirmək vacibdir: "Əksər işçilər əmək müqaviləsini imzalayarkən onun şərtlərinə fikir vermir, sənədi oxumadan imzalayıb işə başlayırlar. Halbuki hər bir işçi əmək müqaviləsində onun hüquq və vəzifələrinin nədən ibarət olduğunu, hansı əmək şəraitində çalışacağını, iş vaxtını, əməkhaqqınının məbləğini və digər şərtləri dəqiq bilməlidir. İşə başlamazdan əvvəl müqavilənin bütün müddəaları ilə tanış olmaq və anlaşılmayan məqamları dəqiqləşdirmək vacibdir. Digər tərəfdən, işçilər arasında əmək müqaviləsinin şərtlərinə diqqət yetirən, müəyyən dəyişikliklər və ya əlavələr edilməsini tələb edən şəxslərə işəgötürənlərin mənfi münasibət göstərdiyi müşahidə olunur". Ekspert əlavə edib ki, belə hallarda işçi öz hüquqlarını müdafiə etməyə çalışarkən işə qəbul edilməmək riski ilə də üzləşə bilər. Bu isə insanların əmək müqaviləsinin şərtlərini müzakirə etməkdən çəkinməsinə səbəb olur: "Əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması məsələsi də xüsusi əhəmiyyət daşıyır. İş daimi xarakter daşıdığı halda, işçilər müqavilənin müddətli bağlanmasının onların gələcək əmək münasibətlərinə necə təsir edəcəyini nəzərə almalıdırlar. Çünki müqavilənin müddəti işçinin iş yerinin sabitliyinə və əmək hüquqlarının təmin olunmasına təsir göstərə bilər. İşçi ilə işəgötürən arasında əmək münasibətlərinin şəffaf və qanunvericiliyə uyğun qurulması üçün müqavilənin şərtləri aydın olmalı, tərəflərin hüquq və öhdəlikləri dəqiq müəyyənləşdirilməlidir. İşçilərin öz hüquqlarını tələb etməsi onların işə qəbuldan kənarda qalması ilə nəticələnməməli, əmək münasibətlərində qarşılıqlı hörmət və qanunçuluq prinsipləri qorunmalıdır". Dəniz Quliyeva Editor

Bugün 18:00
Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl
Sağlamlıq

Payızda sağlam qalmağın dörd qızıl qaydası açıqlandı — Özəl

Payızın gəlişi ilə havaların soyuması, temperatur dəyişiklikləri və günəşli saatların azalması orqanizmin sağlamlığının qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə düzgün və balanslı qidalanma immun sisteminin normal fəaliyyətini dəstəkləmək, orqanizmin vitamin və mineral ehtiyaclarını qarşılamaq baxımından mühüm əhəmiyyət daşıyır. Bəs payız aylarında süfrəmizdə hansı qidalara daha çox yer verməli, mövsümi xəstəliklərə qarşı müqaviməti artırmaq üçün hansı məhsulların istehlakını məhdudlaşdırmalıyıq? Məsələ ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, sağlam qidalanma dedikdə mütləq bahalı və xüsusi məhsullardan istifadə nəzərdə tutulmur: "Əsas məsələ gündəlik rasionun balanslı olması, vitamin və minerallarla zəngin qidalara, xüsusilə də meyvə və tərəvəzlərə üstünlük verilməsidir. Bununla yanaşı kolbasa və digər emal olunmuş ət məhsullarının, konservləşdirilmiş qidaların və həddindən artıq emal edilmiş məhsulların istehlakını məhdudlaşdırmaq tövsiyyə olunur. Həddindən artıq qidalanma və hərəkətsiz həyat tərzi də orqanizmin ümumi sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan fiziki aktivliyi artırmaq,açıq havada gəzmək və hərəkətli həyat tərzi keçirmək immunitet sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır". Professor əlavə edib ki, təəssüf ki, gündəlik həyatda bəzən bu tövsiyyələrin əksinə davranılır: "İnsanlar daha çox qida qəbul edir, fiziki aktivliyi azaldır və hərəkətsiz həyat tərzinə üstünlük verirlər. Bu vərdişlər ümumi sağlamlığa mənfi təsir göstərməklə yanaşı, orqanizmin mövsümi dəyişikliklərə uyğunlaşmasını da çətinləşdirə bilər. Mövsümi xəstəliklərdən qorunmaq üçün yalnız qidalanmaya deyil, gigiyena qaydalarına da diqqət yetirilməlidir. Xüsusilə qrip və digər respirator infeksiyalara yoluxmuş şəxslərlə yaxın təmasdan mümkün qədər çəkinmək, qapalı və insanların sıx olduğu məkanlarda havalandırmaya diqqət yetirmək vacibdir. Belə yerlərdə maskadan istifadə də yoluxma riskini azaltmağa kömək edə bilər. Ümumilikdə payız aylarında sağlamlığın qorunması üçün balanslı qidalanma, fiziki aktivlik, gigiyena qaydalarına əməl edilməsi və sağlam həyat tərzinin formalaşdırılması əsas şərtlərdəndir. İmmuniteti gücləndirmək üçün təkcə müəyyən qidalara üstünlük vermək deyil,bu amillərin hamısını birlikdə nəzərə almaq lazımdır". Dəniz Quliyeva Editor

Bugün 12:40