YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Müqavilədəki bu bənd sizi gələcəkdə işsiz qoya bilər — Açıqlama

Müqavilədəki bu bənd sizi gələcəkdə işsiz qoya bilər — Açıqlama

Əmək müqaviləsi işçi ilə iş götürən arasında əmək münasibətini tənzimləyən əsas sənəddir. Lakin bəzi işçilər müqaviləni oxumadan imzalayır, digərləri isə şərtlərlə bağlı dəyişiklik tələb etdikdə işə qəbul olmamaq riski ilə uzləşirlər.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, işə başlamazdan əvvəl müqavilənin bütün müddəaları ilə tanış olmaq və anlaşılmayan məqamları dəqiqləşdirmək vacibdir:

"Əksər işçilər əmək müqaviləsini imzalayarkən onun şərtlərinə fikir vermir, sənədi oxumadan imzalayıb işə başlayırlar. Halbuki hər bir işçi əmək müqaviləsində onun hüquq və vəzifələrinin nədən ibarət olduğunu, hansı əmək şəraitində çalışacağını, iş vaxtını, əməkhaqqınının məbləğini və digər şərtləri dəqiq bilməlidir. İşə başlamazdan əvvəl müqavilənin bütün müddəaları ilə tanış olmaq və anlaşılmayan məqamları dəqiqləşdirmək vacibdir. Digər tərəfdən, işçilər arasında əmək müqaviləsinin şərtlərinə diqqət yetirən, müəyyən dəyişikliklər və ya əlavələr edilməsini tələb edən şəxslərə işəgötürənlərin mənfi münasibət göstərdiyi müşahidə olunur".

Ekspert əlavə edib ki, belə hallarda işçi öz hüquqlarını müdafiə etməyə çalışarkən işə qəbul edilməmək riski ilə də üzləşə bilər. Bu isə insanların əmək müqaviləsinin şərtlərini müzakirə etməkdən çəkinməsinə səbəb olur:

"Əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması məsələsi də xüsusi əhəmiyyət daşıyır. İş daimi xarakter daşıdığı halda, işçilər müqavilənin müddətli bağlanmasının onların gələcək əmək münasibətlərinə necə təsir edəcəyini nəzərə almalıdırlar. Çünki müqavilənin müddəti işçinin iş yerinin sabitliyinə və əmək hüquqlarının təmin olunmasına təsir göstərə bilər. İşçi ilə işəgötürən arasında əmək münasibətlərinin şəffaf və qanunvericiliyə uyğun qurulması üçün müqavilənin şərtləri aydın olmalı, tərəflərin hüquq və öhdəlikləri dəqiq müəyyənləşdirilməlidir. İşçilərin öz hüquqlarını tələb etməsi onların işə qəbuldan kənarda qalması ilə nəticələnməməli, əmək münasibətlərində qarşılıqlı hörmət və qanunçuluq prinsipləri qorunmalıdır".

Dəniz Quliyeva

Editor
Redaktor