YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Dörd bürc üçün uğurlu dövr başlayır - Münasibətlərdə və həyatda dəyişikliklər

Dörd bürc üçün uğurlu dövr başlayır - Münasibətlərdə və həyatda dəyişikliklər

Oktyabrın 26-dan etibarən dörd bürcün nümayəndələri özlərini daha rahat hiss edə, münasibətlərinə və həyat prioritetlərinə fərqli nəzər sala bilərlər. Astroloqlar bu dövrü sevgi, özünəinam və şəxsi sərhədlərlə bağlı məsələlərdə dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Demokrat.az-ın "Parade" nəşrinə istinadən verdiyi məlumata görə, bu dəyişikliklər Əqrəb, Buğa, Şir və Dolça bürclərinə aid edilir. Astroloji şərhlərdə Veneranın Günəşlə birləşməsi insanların hisslərini və münasibətlərini yenidən nəzərdən keçirməsi ilə əlaqələndirilir.

Əqrəb

Əqrəblər münasibətlərində nəyin onlara xoşbəxtlik və dəstək verdiyini daha yaxşı anlaya bilərlər. Başqalarının istəklərini öz ehtiyaclarından üstün tutanlar üçün şəxsi sərhədlərini müəyyənləşdirmək və həqiqi istəklərini anlamaq vaxtı yetişə bilər. Astroloji şərhə görə, bu bürcün nümayəndələri sevgiyə görə özlərindən imtina etməməli olduqlarını dərk edəcəklər.

Buğa

Buğalar partnyorları, dostları və yaxınları ilə münasibətlərini yenidən qiymətləndirə bilərlər. Qarşılıqlı anlaşılmazlıqların açıq söhbətlər vasitəsilə aradan qaldırılması mümkün görünür. Bu dövrdə vədlərdən daha çox real davranışlara diqqət yetirmək, eləcə də başqalarının qərarlarına nəzarət etmək istəyindən uzaqlaşmaq tövsiyə olunur.

Şir

Şirlər üçün ailə münasibətləri, ev və keçmişdən qalan incikliklər ön plana çıxa bilər. Yaxınlarla səmimi söhbətlər və şəxsi sərhədlərin müəyyənləşdirilməsi daxili rahatlığın bərpasına kömək edə bilər. Astroloji proqnoza əsasən, bu bürcün nümayəndələri başqalarının bütün problemlərinə görə məsuliyyət daşımalı olmadıqlarını anlaya bilərlər.

Dolça

Dolçalar karyeralarına, peşəkar münasibətlərinə və uğur anlayışlarına yenidən nəzər sala bilərlər. İşin onlara həqiqətən məmnunluq gətirib-gətirmədiyini düşünmək, şəxsi həyatla peşəkar məqsədlər arasında tarazlıq yaratmaq ehtiyacı yarana bilər. Bəzi Dolçalar üçün prioritetləri dəyişmək və öz istəklərinə daha çox diqqət ayırmaq önəmli olacaq.

Jalə