Xalq artisti Röya Ayxan gələcəkdə ailə həyatı qurmaq və yenidən ana olmaqla bağlı mövqeyini açıqlayıb. Müğənninin bu barədə fikirləri müzakirələrə səbəb olub.
Pop ulduz bildirib ki, gələcəkdə başqa bir şəxslə ailə qursa belə, həmin münasibətdən övlad sahibi olmağı düşünmür. Röya uşağın öz atasını tanımasının vacibliyini vurğulayaraq bu məsələdə prinsipial mövqedə olduğunu deyib.
"Uşağın bir atası olar, uşaq tanımalıdır öz ailəsini. Mən Hüseynin qanını təzələmərəm, dəyişmərəm. Ayrılsan da, ərə getsəm, uşaq doğmaram", - deyə sənətçi bildirib.
Röya Ayxanın şəxsi həyatı və analıqla bağlı bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. (milli.az)


