YapiKredi Müraciət Forması
Şou-biznes

"Üzümü güldürən sevgilim"

Üzümü güldürən sevgilim

Bu gün Xalq artisti Miri Yusifin ad günüdür.

Bloger xanımı Nərgiz Mirbabayeva həyat yoldaşını bu münasibətlə təbrik edib. O, müğənni ilə fotosunu paylaşaraq ona xoş arzularını çatdırıb.

"Ad günün mübarək, sevgilim! Üzümü güldürən, min bir nazıma dözən, hər zaman yanımda olanım... Allah səni bizə çox görməsin. Sənin hər zaman yüksəklərdən gələsən, uğurların bol, yolun daim açıq olsun! Yaxşı ki, varsan, yaxşı ki, mənimsən!" deyə, Nərgiz yazıb.

O bildirib ki, bu gün eyni zamanda oğlunun da ad günüdür:

"Biz bu gün qayınanamla bir-birimizə ən gözəl hədiyyələri vermişik. O mənə, mən də ona. Ad günün mübarək, Mircahidim. Evimizin nəşəsi, sevincimiz, üzümüzün gülüşü. Hər zaman sağlam, xoşbəxt, bəxtəvər olasan".

Qeyd edək ki, cütlüyün 3 övladı var. (axşam.az)

Üzümü güldürən sevgilim

NE
Nihadə Eyyubova