YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Daha bir məşhur "Kızılcık Şerbeti"nə qayıdır - FOTO

Daha bir məşhur Kızılcık Şerbetinə qayıdır - FOTO

"Kızılcık Şerbeti" serialında ayrılan aktyorların yenidən ekranlara qayıtması ilə bağlı iddialar gündəmi zəbt edib. Nursema obrazının hekayəyə dönüşündən sonra bu dəfə Umutun da seriala qayıdacağı barədə xəbərlər yayılıb.

Demokrat.az xəbər verir ki, Umut obrazını canlandıran Serkan Tınmazın layihəyə qayıdacağı ilə bağlı iddiaları "Mavi Gri" qrupunun solisti Akif Alkanın paylaşımı gücləndirib.

Serialın ikinci mövsümündə Umut obrazı ilə yadda qalan və "Altüst Olmuşum" mahnısı ekran işində tez-tez səsləndirilən musiqiçi sosial şəbəkədə ona göndərilən bir mesajı paylaşıb.

Akif Alkan Umutun seriala qayıdacağı ilə bağlı iddianı əks etdirən görüntünün üzərinə "Bu gün mənim bayramımdır" sözlərini yazıb. Paylaşım serialın izləyiciləri arasında maraq doğurub.

Qeyd edək ki, Serkan Tınmaz ikinci mövsümün finalında serialdan ayrılıb. Umutun hekayəyə qayıdıb-qayıtmayacağı ilə bağlı "Gold Film" və "Show TV" tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Daha bir məşhur Kızılcık Şerbetinə qayıdır - FOTO

Jalə