Hollivud ulduzu Cennifer Lourens etdirdiyi estetik müdaxilələr və gələcək planları barədə danışıb. İki uşaq anası olan aktrisa sinə dikləşdirmə əməliyyatı keçirdiyini, gələcəkdə isə üz gərmə əməliyyatı etdirməyi düşündüyünü açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "The Cut" jurnalında dərc olunan müsahibədə məlumat verilib.
36 yaşlı "Oskar" mükafatlı aktrisa gündəlik həyatda da baxımlı və cazibədar görünmək istədiyini bildirib. O, uşaqlarını məktəbə apararkən belə, sanki həyatının bütün sahələrini nəzarətdə saxlayan qadın təsiri bağışlamaq istədiyini deyib.
Lourensin jurnal üçün çəkilən fotoları da müzakirələrə səbəb olub. Bəzi izləyicilər aktrisanın göz qapaqlarındakı artıq dərinin götürülməsi ilə bağlı blefaroplastika əməliyyatı keçirdiyini ehtimal edərək onun xarici görünüşündəki dəyişiklikləri tənqid ediblər. Onlar aktrisanın təbii gözəlliyini itirdiyini və digər Hollivud ulduzlarına bənzədiyini iddia ediblər.
Aktrisa daha əvvəl də gözəllik prosedurları ilə bağlı açıqlamalar verib. O, "Vogue" jurnalına müsahibəsində yüngül dozada botoks etdirdiyini bildirib. Lourens yanaqlardakı piy toxumasının götürülməsi ilə həyata keçirilən bişektomiya əməliyyatına da maraq göstərdiyini, lakin nəticənin nəzərə çarpacağından ehtiyat etdiyi üçün bunu etdirmədiyini söyləyib.
Bundan başqa, saç baxımına xüsusi maraq göstərən Lourens öz saç baxımı məhsulları brendini də təqdim edib. Aktrisa əvvəlki müsahibələrində çəkilişlər zamanı saçlarının dəfələrlə fərqli rənglərə boyandığını, bunun nəticəsində ciddi zədələndiyini və bir müddət onları qısa kəsdirməyə məcbur qaldığını da danışıb.
Jalə


