YapiKredi Müraciət Forması
Təhsil

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub.

Demokrat.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, Quba rayonundakı bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.

Belə ki, məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevkaya isə Çinarlı ilə əvəz edilib.

Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbirlə, Alekseyevka isə Çinarlı ilə əvəzlənib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.

Həmin qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli adlandırılıb.