"Çakal" səhnə adı ilə tanınan türkiyəli reper Emirhan Çakal xəstəxanaya yerləşdirilib. Gənc ifaçı sosial şəbəkədə xəstəxanadan paylaşım edərək pərəstişkarlarını narahat edib.
Demokrat.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
1,4 milyon izləyicisi olan İnstaqram hesabında xəstəxanadan fotosunu paylaşan reper vəziyyətini "Vloqa gələn müsbət rəylərdən sonra nəzərə gəldik" sözləri ilə ifadə edib. Paylaşımda onun damarına sistem qoşulduğu da görünür.
Qeyd edək ki, Emirhan Çakal 2001-ci il yanvarın 1-də Bursada anadan olub. O, 2020-ci ildə Reckol ilə birlikdə yayımladığı "Kanalım Yok" mahnısı ilə rep fəaliyyətinə başlayıb. İfaçı daha sonra "Puşt", "Perros Blancos" və "Glock" kimi mahnılarla tanınıb. Yaxın günlərdə isə Zeynep Bastıkla birgə ifa etdiyi "Yara İzi" adlı yeni mahnısını dinləyicilərə təqdim edib.
Jalə


