Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir:
"Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".


