YapiKredi Müraciət Forması
Avto Özəl

Sürətlər qutusundakı "G" hərfinin mənası: Bəziləri bu funksiyadan xəbərsizdir

Sürətlər qutusundakı G hərfinin mənası: Bəziləri bu funksiyadan xəbərsizdir

Bəzi mexaniki sürətlər qutusu ilə təchiz edilmiş avtomobillərdə ötürücü dəstəyinin üzərindəki "G" hərfi sürücülərin diqqətini çəkir. Bu işarə adi sürətlərdən fərqli olaraq, əsasən çətin yol şəraitində hərəkət etmək üçün nəzərdə tutulmuş xüsusi ötürməni ifadə edir.

Demokrat.az xəbər verir ki, bu barədə "Motorpasión" nəşri yazıb.

Nəşrin məlumatına görə, "G" hərfi alman dilində "Geländewagen" sözünün qısaltmasıdır və "yolsuzluq avtomobili" mənasını verir. Bu işarə əsasən Almaniya istehsalı olan bəzi avtomobillərin mexaniki sürətlər qutusunda istifadə edilib.

Maraqlıdır ki, "G" ötürməsinə təkcə yolsuzluq avtomobillərində deyil, 1980-ci illərin ən sürətli seriyalı avtomobillərindən biri hesab edilən "Porsche 959" modelində də rast gəlinib.

Məlumata əsasən, bu modeldə "G" ötürməsinin tətbiqi ilə bağlı maraqlı versiya var. İddialara görə, avtomobilin bəzi ölkələrdə səs-küy normalarına uyğunluğunu təmin etmək üçün mühəndislər standart birinci ötürmədən daha qısa əlavə ötürmə hazırlayıblar. Səs-küy ölçmələri birinci ötürmədə aparıldığından, bu həll avtomobilin müvafiq tələblərə cavab verməsinə imkan yaradıb.

"G" işarəsi "Volkswagen T3 Syncro" tam ötürücülü mikroavtobusunda da istifadə olunub. Bu modeldə həmin ötürmə daha qısa ötürmə nisbəti hesabına avtomobilin çətin yol şəraitində hərəkət imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyıb.

Qeyd edək ki, köhnə traktor və yük avtomobillərində buna bənzər ötürmə bəzən "Granny Gear" ("nənə ötürməsi") adlandırılıb. Bu ad onun çox aşağı sürətlə, lakin daha yüksək dartı qüvvəsi ilə hərəkət etməyə imkan verməsi ilə əlaqələndirilir.

Jalə