YapiKredi Müraciət Forması
Region Maraqlı

Özcan Deniz seriallara çəkilməyəcək

Özcan Deniz seriallara çəkilməyəcək

Türkiyəli aktyor və müğənni Özcan Deniz televiziya seriallarında fəaliyyətini dayandırmaq qərarına gəlib.

Demokrat.az xəbər verir ki, sənətçi bundan sonra televiziya layihələrində yer almaq istəmədiyini bildirib. Onun bu qərarı pərəstişkarları arasında maraq doğurub.

Özcan Deniz sonuncu dəfə "Kızıl Goncalar" serialında rol alıb. Aktyorun bundan sonrakı yaradıcılıq fəaliyyətində kino layihələrinə üstünlük verəcəyi gözlənilir.

Qeyd edək ki, Özcan Deniz Türkiyənin tanınmış aktyor və müğənnilərindən biridir. O, uzun illər ərzində bir sıra məşhur serial və filmlərdə rol alıb.

NE
Nihadə Eyyubova