D vitamini çatışmazlığı immunitetin zəifləməsi, əhval-ruhiyyənin aşağı düşməsi və həddindən artıq yemək istəyinin artması ilə özünü göstərə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə dietoloq və endokrinoloq Anton Polyakov danışıb.
O bildirib ki, D vitamini çatışmazlığı zamanı insanda depressiv əhval-ruhiyyə, qidalanma davranışında dəyişikliklər, iştahanın artması və həddindən artıq yeməyə meyillilik müşahidə oluna bilər.
"Bu vitaminin çatışmazlığı immunitetin zəifləməsi, sümük möhkəmliyinin azalması, narahatlıq və depressiv vəziyyətlərlə də müşayiət edilə bilər".
Qeyd edək ki, bundan əvvəl britaniyalı alimlər müntəzəm fiziki aktivliyin xüsusi əlavələr qəbul etmədən də orqanizmdə D vitamini səviyyəsinin qorunmasına kömək edə biləcəyi qənaətinə gəliblər.


