Müğənni Elçin Cəfərov şəhərdə keçirilən Halloween partisi ilə bağlı paylaşımına münasibətilə diqqət çəkib.
Sənətçi Halloween münasibətilə təşkil olunan tədbirdə insanların fərqli obrazlara girmək üçün qeyri-adi və qorxulu makiyajlardan istifadə etməsini bəyənməyib.
Elçin Cəfərov saytlardan birinin instaqram səhifəsində Halloween partisinə aid yayımlanan görüntülərin şərh bölməsində fikirlərini bölüşüb. Müğənni paylaşımın altına "İnsan özünü niyə bu hala salsın ki?" - deyə yazaraq narazılığını ifadə edib.
Onun bu rəyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilə biləcək mövqelərdən biri kimi diqqət çəkib. (Musavat.com)


