YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Başa düşürəm, dünyəvi proqramdır, amma..."

Başa düşürəm, dünyəvi proqramdır, amma...

Türkiyənin "Yeraltı" serialında Paşa Hanoğlu obrazını canlandıran aktyor Hakan Çələbi qatıldığı YouTube proqramında səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Atasının vəfatından danışan aktyor aparıcının ona başsağlığı verməməsinə etirazını açıq şəkildə ifadə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.

Məlumata görə, Çələbi noyabrın 1-də "Sports Digitale"nin YouTube kanalında yayımlanan "G.O.A.T." proqramının doqquzuncu bölümündə Ecem Dinçkalın suallarını cavablandırıb. Söhbət zamanı atasını itirdiyini söyləyən aktyor aparıcıdan başsağlığı ifadəsi eşitmədikdə narazılığını gizlətməyib.

"Yeraltı" serialının Paşa obrazının ifaçısı aparıcıya müraciətlə belə deyib: "Başa düşürəm, dünyəvi proqramdır, amma kimsə belə bir hadisədən danışanda qarşı tərəf ‘Allah rəhmət eləsin" deyər".

Aktyorun bu sözləri əks olunan görüntülər qısa müddətdə "X" sosial şəbəkəsində yayılıb və müzakirələrə yol açıb. Çələbinin atasının nə vaxt vəfat etdiyi barədə isə ictimaiyyətə açıqlanmış məlumat yoxdur.

Qeyd edək ki, aktyorluğa başlamazdan əvvəl futbolçu olan Hakan Çələbi "Özel Ders", "Kopuk", "Yabani" və "Kaosun Anatomisi" kimi layihələrdə rol alıb. O, "Bereketli Topraklar" serialından sonra "Yeraltı" layihəsində Paşa Hanoğlu obrazı ilə tamaşaçıların diqqətini çəkib.

Jalə