Nanə cövhəri həzm problemlərinin yüngülləşdirilməsində istifadə edilsə də, hər kəs üçün uyğun deyil. Onun düzgün istifadə edilməməsi bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.
Demokrat.az xəbər verir ki, nanə tərkibli vasitələr köp və həzm narahatlığını azaltmağa kömək edə bilər. Bununla yanaşı, reflüksü olan şəxslərdə mədə qıcqırmasını gücləndirə, bəzi insanlarda isə allergik reaksiyaya səbəb ola bilər.
Nanə cövhərinin təsiri onun tərkibindən və istifadə qaydasından asılıdır. Buna görə də preparatı qəbul etməzdən əvvəl təlimatla tanış olmaq, xüsusilə uşaqlar və hamilə qadınlar üçün həkimlə məsləhətləşmək tövsiyə olunur.
Jalə


