YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Qızılbalıqdan da faydalı balıq növü açıqlandı - Diyetoloqdan tövsiyə

Qızılbalıqdan da faydalı balıq növü açıqlandı - Diyetoloqdan tövsiyə

Diyetoloq Mariya Kasas gündəlik qidalanmada daha çox yer verilməli olan balıq növünü açıqlayıb. Onun fikrincə, yağsız ağ balıqlar, xüsusilə də xek (hake), bəzi xüsusiyyətlərinə görə məşhur qızılbalıqdan daha əlverişli seçim ola bilər.

Demokrat.az xəbər verir ki, mütəxəssis bu barədə İspaniyanın "El Español" nəşrinə danışıb.

Diyetoloq bildirib ki, balıq seçərkən yalnız omeqa-3 yağ turşularının miqdarına deyil, xolesterin və doymuş yağların səviyyəsinə də diqqət yetirmək lazımdır. Bu baxımdan yağsız ağ balıqlar gündəlik menyuda xüsusi yer tuta bilər.

Kasas iri yırtıcı balıqların, o cümlədən qılıncbalığı, iri mavi tuna və durnabalığının həddindən artıq istehlak edilməməsini tövsiyə edib. Onun sözlərinə görə, bu növlər qida zəncirinin yuxarı pilləsində yerləşdikləri və uzunömürlü olduqları üçün orqanizmlərində civə və digər çirkləndiricilər daha çox toplana bilər.

Hansı balıqları seçmək məsləhətdir?

Diyetoloq omeqa-3 yağ turşuları ilə zəngin olan vəhşi qızılbalıq, skumbriya və konservləşdirilmiş sardinanı faydalı seçimlər sırasında göstərib. Bunları dəniz levreki, dəniz çapağı və halibut kimi ağ balıqlarla növbələşdirməyi məsləhət görüb.

Xek balığı niyə fərqləndirilir?

Kasasın siyahısında ilk yerdə yağsız ağ balıq – xek qərarlaşıb. Mütəxəssisin sözlərinə görə, bu balıq bəzi digər növlərlə müqayisədə daha az doymuş yağ və xolesterin ehtiva edir.

Diyetoloq həmçinin təzə treska, dəniz şeytanı balığı, günəş balığı və merlanqı da faydalı seçimlər sırasında qeyd edib.

Onun fikrincə, yağsız ağ balıqlar qızılbalıq qədər populyar olmasa da, gündəlik qidalanmada daha geniş yer almalıdır. Balığın hazırlanmasında isə sobada bişirmə və qril üsullarına üstünlük vermək tövsiyə olunur.

Jalə