İlkin məlumatlara görə, oktyabrın 31-də özünə qəsd edən hərbi qulluqçu intihar etməyə məcbur edilib.
Bu barədə Ermənistan mediasına istinadən "Demokrat.az" xəbər verir.
"Məlumata görə, hərbi qulluqçu intihar etməzdən əvvəl xidmət yoldaşları ilə problemlər yaşayırmış və onu bu addımı atmağa məhz təzyiqlər, Açaldıcı münasibət və məruz qaldığı zorakılıq sövq edib.
Erməni media orqanlarının xəbərinə görə, hazırda işlə əlaqədar iki nəfər saxlanılıb, gələcəkdə daha çox həbslərin həyata keçirilməsi ehtimalı da istisna edilmir."
Xatırladaq ki, oktyabrın 31-də Ermənistanın müdafiə nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçusu Tiqran Stepanyanın meyiti ilə aşkar edilib. Onun güllə yarasından öldüyü məlum olub.
Müdafiə Nazirliyi bildirib ki, hadisənin təfərrüatlarını tam aydınlaşdırmaq məqsədilə araşdırma aparılır.
Qeyd edək ki, Tiqran Qeqarkunik vilayətinin Sevan icmasından idi və valideynləri, həmçinin böyük qardaşı ilə birlikdə yaşayırdı. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə başlamazdan əvvəl ali təhsil müəssisəsinə daxil olmuşdu.

Alparslan


