YapiKredi Müraciət Forması
Dünya Özəl

Şuqayev: Azərbaycana "Pantsir-S1" sistemləri tədarük oluna bilər

Şuqayev: Azərbaycana Pantsir-S1 sistemləri tədarük oluna bilər

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəhbəri Dmitri Şuqayev Azərbaycana "Pantsir-S1" zenit-raket sistemlərinin tədarük edilməsi ehtimalı barədə məlumat verib.

Demokrat.az xəbər ki, bu il sentyabrın 8-də Misirdə keçirilən aviasiya sərgisində yeni sistemlər – "Pantsir-SMD-E" və TKB-1167 nümayiş etdirilmişdi.

"Pantsir-S1" zenit-raket və artilleriya kompleksləri xarici sifarişçilər arasında böyük tələbatla qarşılanır.

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) direktoru Dmitri Şuqayev bildirib ki, yaxın gələcəkdə Azərbaycana bu sistemlərin tədarükü ilə bağlı razılaşmanın imzalanması tamamilə mümkündür.

HTƏFX rəhbəri "Pantsir-S1" sisteminin beynəlxalq bazarda təşviqi məsələsinə toxunub və xarici tərəflərin bu məhsula göstərdiyi maraqla bağlı fikirlərini bölüşüb.

"Bu HHQM sistemi müştərilərimiz arasında çox böyük tələbat görür; inanıram ki, zaman keçdikcə Azərbaycanla razılığa gələcəyik və onlar da buna müsbət yanaşacaqlar", – deyə Şuqayev "Zvezda" telekanalının efirində bildirib.

Sentyabrın 8-də Misirdə keçirilən "El Alamein International Airshow 2026" sərgisində Rusiyanın ən yeni yüksək dəqiqlikli sistemləri – "Pantsir-SMD-E" zenit-raket kompleksi və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulan TKB-1167 sistemi nümayiş etdirilib.

Alparslan