Rusiyanın Kuril adalarında 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Demokrat.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, yeraltı təkanlar noyabrın 2-də yerli vaxtla saat 13:45-də baş verib.
Zəlzələnin episentri təxminən 1 600 nəfərin yaşadığı Kurilsk şəhərindən 202 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
4,6 maqnitudalı zəlzələ hissolunan təkanlar yarada biləcək gücdə qiymətləndirilir. Bununla belə, hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat yayılmayıb.
Jalə


