YapiKredi Müraciət Forması
İdman

"Vikinq" - "Sabah" matçının hakimləri açıqlandı

Vikinq - Sabah matçının hakimləri açıqlandı

"Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçına təyinatlar açıqlanıb.

Demokrat.az xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, "Vikinq" - "Sabah" matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.