YapiKredi Müraciət Forması
Region Özəl

Ermənistanın ədliyyə naziri: Dağlıq Qarabağ mövzusu bağlanıb, "Müstəqillik Bəyannaməsində" qoyulan hədəflər köhnəlib

Ermənistanın ədliyyə naziri: Dağlıq Qarabağ mövzusu bağlanıb, Müstəqillik Bəyannaməsində qoyulan hədəflər köhnəlib

"Qoy müxalif qüvvələr öz təklifləri ilə çıxış etsinlər və məsələn, izah etsinlər ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etməyin nə kimi faydası olacaq. Xüsusilə nəzərə alsaq ki, həmin Bəyannamənin preambulasında artıq köhnəlmiş hədəflər yer alır"

Demokrat.az xəbər verir ki, bu fikirləri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan noyabrın 2-də Parlamentdə jurnalistlərlə söhbəti zamanı səsləndirib.

"Niyə yeni konstitusiya hazırlayırıq? Biz hazırda hansı nöqtədə olduğumuzu və hara doğru getdiyimizi, necə bir dövlət olduğumuzu, məqsədlərimizin nədən ibarət olduğunu və hansı məqsədlə fəaliyyət göstərəcəyimizi anlamaq istəyirik. Heç kim İstiqlal Bəyannaməsini tarix səhifələrindən silə bilməz. Heç kəsin ağlına belə bir fikir gəlməz - lakin reallıq budur ki, İstiqlal Bəyannaməsində qoyulmuş hədəflər artıq aktuallığını itirib. Bizim artıq Dağlıq Qarabağı Ermənistanla birləşdirmək kimi bir məqsədimiz yoxdur. Məqsədimiz Ermənistan Respublikasının uzunömürlülüyünü, rifahını və inkişafını, həmçinin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsini təmin etməkdir. Bizim hədəflərimiz bunlardır. Bu gün sahib olduğumuz sülhə görə minnətdarıq. Biz bu sülhü qoruyub saxlamaq və onu institusional səviyyədə möhkəmləndirmək istəyirik. Bu gün biz faktları və mövcud vəziyyəti müzakirə edirik, lakin bugünkü reallıq tamamilə başqadır", – deyə Qalyan bildirib.

Xatırladırıq ki, Ermənistanda yeni Konstitusiyanın qəbulu istiqamətində işlər davam edir.

Alparslan