Ölkə sərhədləri üzərində tam nəzarət mərhələli şəkildə Ermənistan Respublikasının Sərhəd Xidmətinə təhvil veriləcək.
Demokrat.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bu gün, 2027-ci il dövlət büdcə layihəsinin müzakirəsi məqsədilə parlamentin daimi komitələrinin keçirilən birgə iclasında bildirib.
"Bu proses müəyyən islahat yolundan keçməlidir", – deyə Ermənistanın Baş naziri əlavə edib.
Xatırladaq ki, Ermənistan sərhədçiləri artıq dövlət sərhədinin əvvəllər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti tərəfindən mühafizə olunan hissələrinə və sərhəd-keçid məntəqələrinə nəzarəti öz üzərlərinə götürüblər.
Bunlara Zvartnots Beynəlxalq Hava Limanı, eləcə də (İranla sərhəddə) Aqarak, (Türkiyə ilə sərhəddə isə) Marqara və Axurik sərhəd-keçid məntəqələri daxildir.
Lakin İran və Türkiyə ilə sərhədlərdə rus sərhədçilərinin erməni heyəti ilə əvəzlənməsi prosesi mərhələli şəkildə həyata keçirilir və bu, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının resurs və imkanlarının inkişafından asılıdır.


