YapiKredi Müraciət Forması
Özəl Region

"Açıqlamalarında nə dərəcədə səmimi olduğunu söyləmək çətindir"

Açıqlamalarında nə dərəcədə səmimi olduğunu söyləmək çətindir

"Mirzoyanın açıqlamaları Ermənistanın digər rəsmilərinin bəyanatlarından fərqlənmir. Ermənistan tərəfi hər zaman sülh tərəfdarı olduğunu nümayiş etdirməyə çalışır. Bu da başadüşüləndir, çünki heç bir hökumət özünü sülhün əleyhdarı kimi təqdim etmək istəməz. Mirzoyanın yanaşması da əslində bu çərçivədə qiymətləndirilməlidir.

Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və real nəticələrə nail olmaq üçün konkret addımlar atılmalıdır. Bunun üçün ilk növbədə Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməli və konstitusiyaya müvafiq dəyişikliklər edilməlidir. Təbii ki, bununla paralel olaraq digər zəruri addımlar da atılmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Açıqlamalarında nə dərəcədə səmimi olduğunu söyləmək çətindir

Onun sözlərinə görə, Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə, növbəti gün sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib:

"Yəni Azərbaycan yalnız Ermənistan hakimiyyəti ilə deyil, Ermənistan cəmiyyəti ilə də dayanıqlı sülhün əldə olunmasında maraqlıdır. Eyni zamanda, real nəticələrin əldə edilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün bir sıra konkret addımların atılması vacibdir. Bunlara ilk növbədə Zəngəzur dəhlizinin açılması, tranzit layihəsinin reallaşdırılması, delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi, kommunikasiyaların açılması, eləcə də anklavların qaytarılması daxildir. Bu və digər etimad quruculuğu tədbirləri sülhün möhkəmləndirilməsinə mühüm töhfə verə bilər. Ermənistan xarici işlər nazirinin açıqlamalarında nə dərəcədə səmimi olduğunu söyləmək çətindir. Bununla belə, onun bəyanatını müsbət mesaj kimi qiymətləndirmək olar. Ancaq əsas məsələ bəyanatların səsləndirilməsi deyil, onların real addımlarla müşayiət olunmasıdır. Unutmaq olmaz ki, sülh prosesi yalnız açıqlamalarla deyil, konkret qərar və əməli addımlarla irəliləyə bilər".

Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə keçirilən "Manama Dialoqu" forumunda Cənubi Qafqazda sülhün real addımlar və konkret layihələrlə möhkəmləndirilməsinin vacibliyini bildirib. O, TRIPP layihəsinin regionla yanaşı, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Nuray Paşşanlı