YapiKredi Müraciət Forması
Xarici siyasət

Paşinyanın adamından Qarabağ açıqlaması – Bakıdan reaksiya

Paşinyanın adamından Qarabağ açıqlaması – Bakıdan reaksiya

"Qoy müxalifət qüvvələri təkliflərini irəli sürsünlər, məsələn, Müstəqillik Bəyannaməsinin preambulasında köhnəlmiş məqsədlər varsa, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinin qeyd edilməsinin bizə nə verəcəyini desinlər". Musavat.com-un xəbərinə görə, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

Paşinyanın adamından Qarabağ açıqlaması – Bakıdan reaksiya

Nazir qeyd edib ki, indi harada olduğumuzu və hara getdiyimizi, hansı dövlət olduğumuzu, hansı məqsədlər üçün hərəkət edəcəyimizi anlamaq istəyirik: "Heç kim İstiqlal Bəyannaməsini tarixin səhifələrindən silə bilməz və heç kimin belə bir fikri ola bilməz. Amma fakt budur ki, İstiqlal Bəyannaməsinin məqsədləri artıq köhnəlməyib. Bizim Dağlıq Qarabağ və Ermənistanı birləşdirmək məqsədimiz yoxdur".
"Bu gün sahib olduğumuz sülhə görə minnətdarıq və bu sülhü qorumaq, onu institusional hala gətirmək istəyirik. Biz faktlar haqda danışırıq, bugünkü reallıq başqa bir şey haqqındadır", - deyə Qalyan vurğulayıb.

Nazir bildirmək istəyib ki, yeni konstitusiyada Müstəqillik Aktına istinad olunmayacaq. Qalyanın sözlərindən belə aydın olur ki, hazırkı deklorasiyanın preambula hissəsində "Dağlıq Qarabağ və Ermənistanı birləşdirmək" ideyası yeni konstitusiyada yer almayacaq. Ümumiyyətlə, erməni iqtidarı və müxalifəti referendumu intensiv şəkildə müzakirə etməyə başlayıb. 2026-cı ilin avqustunda Ermənistan parlamentində hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Arusyak Culhakyan bildirib ki, hazırlanmaqda olan yeni konstitusiyada Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmayacaq.

Bu, mühüm açıqlamadır. Çünki Azərbaycan məhz həmin istinadı Ermənistan Konstitusiyasında ərazi iddiası ilə əlaqələndirir.

Paşinyanın adamından Qarabağ açıqlaması – Bakıdan reaksiya

Erməni nazirin son çıxışını Musavat.com-a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib ki, yeni konstitusiya layihəsinin 2026-cı ilin sonunadək ictimaiyyətə təqdim olunması nəzərdə tutulur: "Paşinyanın da arqumenti belədir ki, "Qarabağ hərəkatı"nın davam etdirilməməsi və münaqişə məntiqindən uzaqlaşmaq üçün həmin istinad yeni konstitusiyada saxlanılmamalıdır. Bu açıqlamalar göstərir ki, Qarabağla bağlı əvvəlki konstitusion istinadın yeni sənəddə saxlanılmaması artıq sadəcə ehtimal deyil, Ermənistan hakimiyyətinin bəyan etdiyi siyasi istiqamətdir. Məsələnin hüquqi əsasını Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsi ilə bağlı mübahisə təşkil edir. Həmin bəyannamədə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il birləşmə aktına istinad edilir. Bu istinad Ermənistan Konstitusiyasının preambulasında da mövcuddur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, həmin istinad Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiasını konstitusion səviyyədə saxlayır".

Hüquq müdafiəçisi bildirib ki, Paşinyan hökuməti Qarabağ məsələsinin Ermənistanın dövlət siyasətində əvvəlki kimi mərkəzi yer tutmamasını istəyir: "Əsas məsələ Ermənistanın gələcək dövlət siyasətində Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hüquqi və siyasi əsaslarının aradan qaldırılıb-qaldırılmayacağıdır. Yeni konstitusiyanın Qarabağa istinad etməməsi bu istiqamətdə mühüm addım ola bilər. Lakin davamlı sülh üçün bu yanaşmanın yalnız konstitusion mətnə deyil, Ermənistanın siyasi qərarlarına, dövlət institutlarının fəaliyyətinə və Azərbaycanla münasibətlərinə də təsir etməsi lazımdır".