YapiKredi Müraciət Forması
Mədəniyyət Müsahibə

"Rasim qardaşım kimi məni qoruyurdu, onu itirməklə hamımız..." — "Babək"in Pərvini ilə müsahibə

Rasim qardaşım kimi məni qoruyurdu, onu itirməklə hamımız... — Babəkin Pərvini ilə müsahibə

"Rasim Balayevlə ilk dəfə Çeçen-İnquşetiya dağlarında "Dağ novellası" filminin çəkilişlərində tanış olmuşuq. Rasim ailəsi ilə birlikdə idi. Biz dostlaşdıq. Çəkilişlər bitdikdən sonra Balayev ailəsi ilə Bakıya, mən isə Leninqrad (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya institunu bitirdikdən sonra təyinat aldığım Qroznıya getdim. İki həftə sonra Bakıdan "Babək" filminə kinosınaq üçün dəvət aldım. Pərvin roluna çox aktrisa var idi. Keçməyəcəyimə əmin idim və buna görə epizodlarımı rahat oynayıb evə qayıtdım. Bakıdan təsdiqləndiyim barədə teleqram alanda təəccübümün həddi-hüdudu yox idi".

Demokrat.az moderator.az-a istinadən xəbər verir ki, bunu özəl açıqlamasında "Babək" filminin Pərvini, Rusiya və İnquşetiyanın Xalq artisti, Şimali Osetiya və Abxaziyanın Əməkdar artisti Tamara Yandıyeva deyib.

O daha sonra filmin çəkilişlərindən danışıb, o illər xatırlayıb:

"Filmdə çəkilişlər mənim üçün bütün həyatım boyu qəlbimdə daşıyacağım əsl bayram oldu. Rasim mənim qardaşıma çevrildi, bizim dağ adətlərimizi bilib məni qoruyurdu. Rejissor Eldar Quliyevin başçılıq etdiyi bütün çəkiliş qrupu yüksək yaradıcılığa və uğura köklənmiş vahid bir orqanizm kimi idi. Görkəmli bəstəkar Polad Bülbüloğlunun bəstələdiyi Pərvin mövzusu əbədi olaraq mənim ən sevimli musiqi əsərim olaraq qalır. Pərvin rolunun yanında nə qədər gözəl, görkəmli insanlar var idi. Bu rol mənim üçün ən uca obrazlarımdan biridir".

Rasim qardaşım kimi məni qoruyurdu, onu itirməklə hamımız... — Babəkin Pərvini ilə müsahibə

Tamara xanım Rasim Balayevlə digər filmlərdə çəkildiyini də bildirib:

"Rasimlə dörd filmdə çəkilmişəm. "Azərbaycanfilm" kinostudiyasında iki tammetrajlı "Babək" və "Gözlə məni" və Şimali Osetiya televiziya studiyasında iki bədii televiziya filmində-"Dağ novellası" və " Sıldırımlıq" da baş rolları oynamışıq. Aramızda billur kimi təmiz münasibət və bir-birimizə sonsuz hörmət var idi. Rasim çoxdan keçmiş dövrlərin cəngavəridir. Onun gedişi ilə hamımız çox uca bir şeyi itirdik".

Tamara Yandıyeva Bakıya sonuncu gəlişindən və hazırkı fəaliyyətindən də danışıb:

"Hazırda xalq və müəllif mahnıları ifa edirəm. Bakıda SSRİ dövründən bəri olmamışam. Bilirəm ki, Bakı möhtəşəmdir və sevimli Qız qalası hələ də şəhəri bəzəyir. Sizin gözəl ölkənizə firavanlıq və böyük üfüqlər arzulayıram".

FH
Fidan Hacızadə
Müxbir