YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Arka Sokaklar" niyə qəfil bitdi? - FOTO

Arka Sokaklar niyə qəfil bitdi? - FOTO

Türkiyə televiziya tarixinin 20 illik serialı "Arka Sokaklar"da "Bozo" ləqəbli polis Barış Bozoğluna həyat verən məşhur aktyor Sarp Levendoğlu layihənin gözlənilməz finalı barədə ilk dəfə danışıb. Sevgilisi və serialdakı rol yoldaşı Felicia Sağnak ilə birlikdə filmin qala gecəsinə qatılan aktyor jurnalistlərin suallarını cavablandırıb.

Demokrat.az-ın məlumatına görə, müxbirin serialın xüsusi final bölümü çəkilmədən, reytinqləri yüksək olduğu halda qəfil yayımından çıxarılmasını xatırlatmasına aktyorun reaksiyası diqqət çəkib. Sarp Levendoğlu bu məsələdə heç kimi günahlandırmaq istəmədiyini bildirib:

"Əlbəttə, seriala yaraşan gözəl bir final etmək istərdik. Amma hadisələr belə cərəyan etdi, belə olması məsləhət imiş. Kimisə günahlandırmağa ehtiyac yoxdur. Şərtlər bəllidir, elə tələb olundu və elə də oldu. Biz orada sadəcə aktyorlarıq və əlimizdən gələni etməyə çalışırıq. Müəyyən faktorlar var ki, bizim iradəmiz xaricindədir. Təbii ki, biz də davam etməsini istərdik".

Xatırladaq ki, "Arka Sokaklar" serialının 20-ci mövsümünün sonuncu epizodu olan 751-ci seriya 5 iyun 2026-cı ildə yayımlanıb. Payızda ekranlara qayıtması gözlənilən layihənin yayım şirkəti D Media və yayımlandığı "Kanal D"nin rəhbərliyi yeni mövsümdə serialı davam etdirməmək barədə qəfil və rəsmi açıqlanmayan ortaq qərar qəbul edib. Komandanın digər üzvləri sürətlə yeni layihələrə yönəlsə də, serialın çəkiliş meydançasında başlayan Sarp Levendoğlu və Felicia Sağnakın münasibətləri davam edir.

Arka Sokaklar niyə qəfil bitdi? - FOTO

Jalə