YapiKredi Müraciət Forması
Özəl İqtisadiyyat

Hava yox, başqa amillər qiymətləri artırır — Natiq Cəfərli

Hava yox, başqa amillər qiymətləri artırır — Natiq Cəfərli

Azərbaycanda payız fəslinin ortasında havaların gözləniləndən isti keçməsi kənd təsərrüfatı məhsullarının yetişdirilmə prosesinə təsirsiz ötüşmür. Mövsümi temperatur rejiminin dəyişməsi bəzi bitkilərin inkişaf dövrünü poza, məhsulun keyfiyyətinə və həcminə təsir göstərə bilər. Digər tərəfdən, havaların isti keçməsi suvarma xərclərini artıra və fermerlərin istehsal məsrəflərinə əlavə yük yarada bilər. Bu isə nəticədə bazara çıxarılan məhsulların qiymətində də özünü göstərə bilər.

İqlim şəraitindəki bu dəyişikliklər bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb ola bilərmi?

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda havaların yağmurlu keçməsi və yağıntılı günlərin sayının artması da iqlim dəyişikliyi kimi təsnif edilir:

Hava yox, başqa amillər qiymətləri artırır — Natiq Cəfərli

"Lakin bunun müsbət tərəfləri daha çoxdur. Əlbəttə, dünyanın istənilən ölkəsində olduğu kimi, Azərbaycanda da hava şəraiti kənd təsərrüfatının məhsuldarlığına təsir göstərir. Bu da qiymətlərə təsir edən amillərdən biridir. Amma Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərinə, bazar dəyərinə təsir göstərən digər amillər yağıntıların təsirindən daha böyükdür".

İqtisadçının sözlərinə görə, ölkəmizdə aqrar sahədə məhsuldarlıq aşağıdır:

"Fermerlərin gəlirləri çox azdır və bu sahəyə maraq getdikcə azalır. Regionlarda yaşayan əhalinin sayı azalır, fermerliklə məşğul olmaq istəyənlərin sayı da getdikcə aşağı düşür. Bütün bunlar kənd təsərrüfatında məhsuldarlığa və nəticə etibarilə bazardakı qiymətlərə təsir göstərən amillərdir".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir