Türkiyəli müğənni Cenk Eren bəstəkar və müğənni Nazan Öncellə uzun müddətdir davam edən küsülülüyünün səbəbini açıqlayıb. Sənətçi bildirib ki, birlikdə albom hazırlamaq üçün aylarla çalışsalar da, sonradan yaranan fikir ayrılığı səbəbindən layihə yarımçıq qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.
Cenk Eren "Rölanti" proqramında bildirib ki, Nazan Öncel ona albom hazırlamağı təklif edib və onlar bu istiqamətdə uzun müddət işləyiblər. Lakin Öncel daha sonra bacısının da Nükhet Duru ilə birlikdə iştirak etdiyi proqrama qoşulmasını istəyib.
Eren bunun yalnız özünün verə biləcəyi qərar olmadığını söylədikdən sonra Nazan Öncelin həyat yoldaşının ona zəng etdiyini və müğənninin bu albomu hazırlamasının karyerasına zərər verəcəyini düşündüyünü dediyini bildirib.
"Çox üzüldüm. İlk mahnını niyə vermişdiniz? Mənim karyeranıza zərər verəcək biri olduğumu beş ay sonra anladınız?" – deyə sənətçi narazılığını ifadə edib.
Müğənni keçmişdə sosial şəbəkədə Nazan Öncelin Cihangirdəki mənzillərin qiymətləri ilə bağlı paylaşımına yazdığı şərhə də aydınlıq gətirib. O, həmin şərhdə bir mahnı üçün Öncelə 10 il əvvəl bir mənzilin qiyməti qədər pul ödədiyini qeyd etmişdi.
Eren müsahibəsində Ajda Pekkanı dodağından öpməsi ilə bağlı illər əvvəl gündəmə gələn fotodan da danışıb. O bildirib ki, əslində səhnədən yorğun düşərək enən Pekkanı yenidən səhnəyə çıxarkən əlindən tutaraq dəstəkləyib və hər iki yanağından öpüb. Sadəcə, fotonun çəkildiyi bucaq elə təsir bağışlayıb ki, guya müğənnini dodağından öpür.
Jalə


