Türkiyəli aktyor Sarp Levendoğlu həmkarı Felicia Sağnakla münasibətini davam etdirir. "Arka Sokaklar" serialının çəkiliş meydançasında tanış olan cütlük bu dəfə birlikdə film qalasına qatılaraq kameralara tuş gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
"Emret Komutanım" serialında canlandırdığı leytenant Levent obrazı ilə tanınan Sarp Levendoğlu "Küçük Ağa", "Savaşçı" və "Alparslan: Büyük Selçuklu" kimi layihələrdə də rol alıb. Aktyor son dövrlərdə isə "Arka Sokaklar" serialında Barış Bozoğlu, yəni Bozo obrazı ilə tamaşaçıların qarşısına çıxıb.
Məhz bu serialın çəkilişləri zamanı Levendoğlu ilə Merve obrazını canlandıran Felicia Sağnak arasında yaxınlıq yaranıb.
Cütlük münasibətlərini bu ilin iyununda sosial şəbəkədə paylaşdıqları tətil fotoları ilə ictimaiyyətə açıqlayıb. Birlikdə olduqlarını təsdiqləyən aktyorlar münasibətlərini davam etdirirlər.
Onlar sonuncu dəfə "Çakallarla Dans 8: Şututgart Çıkarması" filminin İstanbulda keçirilən qala gecəsində birlikdə iştirak ediblər. Levendoğlu və Sağnak tədbirə birgə qatılıb, fotoqrafların qarşısına da birlikdə çıxıblar.
Jalə


