YapiKredi Müraciət Forması
İdman Özəl

Aziz Yıldırım namizəd olmayacaq - "Fənərbağça"da yeni prezident axtarışı

Aziz Yıldırım namizəd olmayacaq - Fənərbağçada yeni prezident axtarışı

"Fənərbağça" klubunda keçiriləcək prezident seçkiləri ərəfəsində Mehmet Ali Aydınların mümkün namizədliyi gündəmə gəlib. Hazırkı prezident Aziz Yıldırım isə növbəti seçkilərdə iştirak etməyəcəyinə dair mesaj verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

İstanbul təmsilçisinin növbəti Seçkili Ümumi Qurultayının gələn ilin iyun ayında keçirilməsi gözlənilir. Son illərdə tez-tez prezident seçkilərinə qatılan klub üzvlərini yenidən gərgin seçki prosesi gözləyir.

Aziz Yıldırım son açıqlamalarında prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirib. O, Ali Divan Qurulunun iclasında da "May ayından sonra burada olmayacağam" ifadəsini işlədib.

Bu arada sosial şəbəkələrdə Mehmet Ali Aydınların prezidentliyə hazırlaşdığı, hətta onun kommunikasiya komandasını formalaşdırdığı barədə məlumatlar yayılıb. Lakin nəşrin məlumatına görə, bu iddialar həqiqəti əks etdirmir. Aydınların hazırda seçki kampaniyasına dair hər hansı hazırlığı yoxdur və o, namizədliyini irəli sürüb-sürməyəcəyinə hələ qərar verməyib.

Bununla belə, Aydınların yaxın ətrafının noyabrın ikinci həftəsi üçün onunla görüşmək istədiyi bildirilir. Görüşlə bağlı müraciətə hələ cavab verilməsə də, müsbət cavab veriləcəyi gözlənilir. Ətrafındakı şəxslərin Aydınları prezidentliyə namizəd olmağa razı salmaq üçün təzyiq göstərdiyi, təşkil olunacaq yeməkdə bu istəyin bir daha üzbəüz çatdırılacağı qeyd olunur.

Jalə